“Futbola qoşul” onlayn qeydiyyat proqramı ilə bağlı treninqlər keçiriləcək
Bakı, 13 iyun, AZƏRTAC
Hər il olduğu kimi, cari mövsümün sonunda növbəti - 2019-2020-ci il mövsümünə hazırlıq məqsədilə klublarla görüşlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatı aparacaq şəxslərlə keçiriləcək görüşlərdə məqsəd onlayn qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qaydalar və sənədlər haqda məlumatın verilməsidir.
2009-cu ilin yanvarında AFFA futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemini yaradıb. 2016-2017-ci il mövsümündən “Futbola qoşul” onlayn qeydiyyat proqramı tətbiq olunub. 2017-2018-ci il mövsümündən etibarən isə “Futbola qoşul” onlayn qeydiyyat proqramı vasitəsilə yarışlara qatılan hər bir klub qeydiyyatdan özü keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]