Gədəbəydə sahibkarlar üçün treninqlər keçirilmişdir
Bakı, 14 mart (AZƏRTAC). Gədəbəy rayonunda sahibkarlar üçün «Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri», «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətlərinin təcrübəsindən danışılmışdır.
Treninqdə, həmçinin «Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları» mövzusunda təqdimat keçirilmiş, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, taxılçılığın inkişafı istiqamətləri və s. barədə ətraflı məlumatlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]