Gəncədə “Turizmin inkişafı və gənclər-I” forumu keçiriləcəkdir
Gəncə, 9 iyun (AZƏRTAC). İyunun 16-dan 20-dək Gəncədə “Turizmin inkişafı və gənclər-I” forumu keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq, bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaqdır.
Layihə çərçivəsində gənclər turizm sahəsində məlumatlandırılacaq, peşəkar kadrların təcrübəsindən, məsləhətlərindən yararlanaraq təşkil olunan panellərdə iştirak edəcəklər. Bunun da nəticəsində gələcək fəaliyyətlərində turizmlə məşğul olacaq gənclər şəbəkəsi yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]