Gəncədə Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirilib
Gəncə, 26 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirilib. Tədbirdə festivalın əsas məqsəd və vəzifələri, keçirilmə qaydaları və iştirak şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infoday çərçivəsində festivalın konsepsiyası, müraciət proseduru və festival daxilində reallaşdırılacaq layihələr barədə ətraflı videotəqdimat edilib. Tədbirə qatılan uşaqlara festivalda qeydiyyat keçməklə bağlı müraciət qaydaları izah olunub.
Sonda istedadlı uşaqların iştirakı ilə müxtəlif bədii nömrələr təqdim edilib.
Tədbir iştirakçıları festivalın uşaqların yaradıcılığını dəstəkləmək və incəsənətə marağı artırmaq baxımından mühüm rol oynadığını qeyd ediblər.