Gəncədə yaşayış binasında baş verən yanğın söndürülüb
Bakı, 3 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının binanın 3-cü mərtəbəsindəki ikiotqalı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 76 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]
Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]