GƏNCƏDƏ YENİ SƏHİYYƏ OCAQLARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətində başlayan konfrans yeni təmir olunmuş rayonlararası ağ ciyər xəstəlikləri dispanserində davam etdirilmişdir. Səhiyyə naziri Əli İnsanovun və bu sahə üzrə tanınmış alimlərin məruzələri dinlənilmişdir. Sonra konfrans iştirakçıları şəhərin səhiyyə ocaqları ilə yaxından tanış olmuş, bu günlərdə təmiri başa çatdırılmış 2 nömrəli uşaq xəstəxanasının açılışında iştirak etmişlər.
Mərasimdə xəstəxananı lazımi inventarlarla və qiymətli diaqnostik aparatlarla təmin edən Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara da iştirak etmişdir. Kardioloji dispanserin nəzdində yaradılmış “Hemodiablis” mərkəzinin açılışı zamanı Respublika Səhiyyə Nazirliyinin təşəbbüsü ilə burada quraşdırılmış böyrək xəstəliklərinin diaqnostikası aparatının iş prinsipləri haqqında məlumat verilmiş və qeyd edilmişdir ki, artıq bundan sonra Gəncə və onun ətraf rayonlarının xəstələri Bakıya getməyəcəklər. Onların müayinəsi və müalicəsi burada aparılacaqdır. Keçirilən tədbirlərdə səhiyyə işçiləri onlara yaradılan sağlam iş şəraiti üçün ölkə Prezidentinə minnətdarlıq etmiş və göstərilən etimadı doğruldacaqlarına söz vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]