“Gəncə”nin amerikalı basketbolçusu: Müəyyən məqamlarda təcrübəmiz çatmadı
Bakı, 17 noyabr, AZƏRTAC
“Mövsümün əvvəlində zədəli basketbolçularımız oldu. Nəticədə müəyyən vaxtda hamımız bir yerdə məşq edib hazırlaşa bilmədik. Bu səbəbdən də arzulanan kimi çıxış etmək mümkün olmadı”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Gəncə”nin basketbolçusu Derek Rouds klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Amerikalı basketbolçu komandanın çempionata uğursuz start verməsinin səbəbini təcrübənin az olması ilə əlaqələndirib: “Yeni və gənc oyunçulardan ibarət komandanın nəticə qazanması üçün təcrübə əsas açardır. Müəyyən məqamlarda təcrübəmiz çatmadı. Heyətdə istedadlı uşaqlar var və onlar hələ bir-birilərinə tam uyğunlaşmayıblar. Zamanla komanda formalaşır, basketbolçular kollektivə öyrəşirlər. Startımız uğurlu alınmayıb. Bu, təbii ki, bizi narahat edir. Amma müəyyən vaxtdan sonra hər şey yoluna düşəcək”.
30 yaşlı hücumçu komandanın ardıcıl səfərdə oynamasına da münasibət bildirib: “Çempionata evdən kənarda başladıq və elə də davam etdi. Üç matç səfərdə oynamışıq. Düzdür, marafon uzundur. Artıq bu həftəsonu Gəncədə meydana çıxacağıq. Meydan və azarkeş amili tərəfimizdə olacaq. Enerjimiz və emosiyalarımız çox olacaq və düşünürəm ki, bu, bizim xeyrimizə işləyəcək”.
Qeyd edək ki, "Gəncə" Azərbaycan Basketbol Liqasında keçirdiyi hər 3 oyunda məğlub olaraq 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycandailk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]