“Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfransın yekun qətnaməsi qəbul olunmuşdur
Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 12-də Bakıda keçirilən “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfransın yekun qətnaməsi qəbul olunmuşdur.
Bu haqda Gənclər və İdman Nazirliyində (GİN) beynəlxalq tədbirə həsr olunmuş mətbuat konfransında məlumat verilmişdir.
GİN-in gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev bildirmişdir ki, yekun sənəddə ekoloji problemlərin birgə həlli, gənclərin bu problemlərə diqqətinin cəlb olunması, dövlət qurumlarının QHT-lərlə sıx əməkdaşlığı, elmi institutların daha aktiv fəaliyyət göstərməsi, ekoloji mövzuda araşdırmaların genişləndirilməsi, sahibkarların, iş adamlarının, ümumiyyətlə, vətəndaş cəmiyyətinin bu problemlərin həllində iştirakı kimi məsələr öz əksini tapmışdır.
Xatırladaq ki, “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfransı “Ekologiya İli” çərçivəsində Azərbaycan Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə keçirilmişdir. Tədbirdə dünyanın 13 ölkəsindən 150-ə yaxın gənc alim, tədqiqatçı iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]