GƏNCLƏR HEYDƏR ƏLİYEV İRSİNİ ÖYRƏNİRLƏR
Tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı giriş sözü ilə açmışdır. Nazirliyin şöbə müdiri Tağı Tağıyev “Heydər Əliyev və Azərbaycanda idmanın inkişafı, dövlət gənclər siyasətinin formalaşması”, respublika gənc iqtisadçılar birliyinin sədri, iqtisad elmləri namizədi Azər Əmiraslanov, “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişafı”, gəncləri maarifləndirmə şurasının sədri Emil Həsənli “Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi”, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədr müavini İlham İsmayılov “Müasir mərhələdə ölkəmizin ictimai siyasi, sosial-iqtisadi inkişafının təminatçısı İlham Əliyevdir” mövzularında məruzə etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfrans iştirakçıları Mingəçevir şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin qabaqcıl iş təcrübəsi ilə də tanış olmuşlar.