GÖMRÜKÇÜLƏR TAPŞIRIQLARI YERİNƏ YETİRİRLƏR
Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov AZƏRTAC-a demişdir ki, qaçaqmalçılığa və gömrük qaydalarının pozulmasına qarşı mübarizə gömrük orqanlarının fəaliyyətində aparıcı istiqamətlərdəndir. Bu sahədə Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərini ölkəmizin iqtisadi təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan gömrükçülər layiqincə yerinə yetirirlər. Respublikamızın ərazisinə gizli mal gətirilməsi cəhdlərinə və qaçaqmalçılara qarşı qanunun bütün ciddiyəti ilə mübarizə aparılır və bu iş davam etdiriləcəkdir.