Göyçayda şəhid Eldar Şirinovun adını daşıyan küçənin açılışı olub
Göyçay, 13 iyul, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay rayonunun Çərəkə kəndinin sakini Eldar Şirinovun adını daşıyan küçənin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə 2020-ci ilin sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışılıb, onların əziz xatirələrinin unudulmayacağı vurğulanıb.
Şəhidin ailə üzvləri Eldar Şirinovun xatirəsinə göstərilən ehtirama görə minnətdarlıqlarını bildiriblər.