Göygöl rayonunda təbii fəlakətlərə qarşı qabaqlayıcı tədbirlər görülür
Göygöl, 11 dekabr (AZƏRTAC). Gəncə çayının Göygöl rayonu ərazisindən keçən hissəsində sahilbərkitmə işlərinin ilkin mərhələsi başa çatmışdır. İlk mərhələdə dayaq bəndləri ilə yanaşı, suyu iki hissəyə ayıran qurğular quraşdırılmışdır.
Göygöl Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Namaz Quliyev AZƏRTAC-a bildirmişdir ki, Gəncə çayında suyun təzyiqini normallaşdırmaq, eləcə də torpağın yuyulmasının qarşısını almaq məqsədi ilə çayın Göygöl rayonu ərazisindən keçən hissəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli qurumları tərəfindən uzunluğu 33 metr, eni 27, hündürlüyü isə 4,6 metr olan bəndlərin inşası başa çatdırılmış, çayın üzərindəki sutənzimləyən köhnə qapılar yenisi ilə əvəz edilmişdir. Sahilbərkitmə işlərinin növbəti mərhələsi gələn ilin mart ayında davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]