Güləş üzrə Avropa Olimpiya təsnifat turniri təxirə salınıb
Bakı, 11 mart, AZƏRTAC
Martın 19-dan 22-dək Budapeştdə keçirilməsi nəzərdə tutulan güləş üzrə Avropa Olimpiya təsnifat turniri təxirə salınıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Macarıstan dövləti martın 11-də bu barədə qərar çıxarıb.
Təşkilatçı ölkə Dünya Güləş Birliyi (UWW) ilə ortaq fikrə gələrək, koronavirus epidemiyası ilə əlaqədar belə addım atıb. Yarışın apreldə və ya mayda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, turnirdə Azərbaycan güləşçilərinin də iştirakı nəzərdə tutulurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]