Güləşçimiz Əhmədnəbi Qvarzatilov qitə birinciliyinin bürünc medalı uğrunda yarışacaq
Bakı, 21 aprel, AZƏRTAC
Sərbəst güləşçimiz Əhmədnəbi Qvarzatilov Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, turnirdə 61 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz startda Almaniya güləşçisi Viktor Lizenə vaxtından əvvəl qalib gəlib. Dörddəbir final mərhələsinə yüksələn güləşçimizin ukraynalı Andrey Celepə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ə.Qvarzatilov təsəlliverici görüşdə iştirak edib. Bu gün keçirilən görüşdə Vladimir Yeqorovu (Şimali Makedoniya) üstələyən güləşçimiz bürünc medal uğrunda xalça üzərinə çıxacaq. Bu gün baş tutacaq görüşdə Ə.Qvarzatilovun rəqibi Gürcüstan idmançısı Beka Lomtadze olacaq.
Bu gün daha bir sərbəst güləşçimiz - Osman Nurməhəmmədov (92 kq) da üçüncü yer uğrunda yarışacaq. Təmsilçimiz ukraynalı Andril Vlasov ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]