Güləşçimiz Murad Məmmədov dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 8 oktyabr, AZƏRTAC
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yeddinci yarış günündə - oktyabrın 8-də 60, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Güləşçimiz Murad Məmmədov (60 kq) ilk mərhələdə Macarıstandan olan həmkarını üstələyib. Həmyerlimiz daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. M.Məmmədov dörddəbir finalda Yaponiya güləşçisinə "tuşe" ilə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib.
Təmsilçimiz Murad Lokyayev (97 kq) startda İsveç güləşçisinə qalib gəlib. Ancaq ikinci görüşdə Litva idmançısına sonuncu xal prinsipinə əsasən məğlub olub.
Mübarizəyə səkkizdəbir finaldan qoşulan Beka Kandelaki (130 kq) Çexiya təmsilçisini elə ilk hissədə xalçadan məyus yola salıb. Millimizin üzvü dörddəbir finalda son Olimpiadanın gümüş medalçısı Yakobi Kajaya ilə bacarmayıb.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]