GÜLŞƏN LƏTİFXANIN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ OLUNMUŞ “AZƏR VƏ AİDƏ” ROMANININ TƏQDİMATI OLUB
AZƏRTAC xəbər verir ki, Hollandiyada yaşayan azərbaycanlı yazıçı, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Lətifxanın “Azər və Aidə” romanı Azərbaycan dilinə tərcümə olunmuşdur. Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar kitabın təqdimatı keçirilmişdir.
Universitetin rektoru Kamal Abdulla qonaqları həmrəylik günü və Yeni iI münasibətilə təbrik etmiş, Gülşən Lətifxanın
bu yaxınlarda Moskvada keçirilən “Mənim ailəmin tarixi” adlı beynəlxalq ədəbiyyat müsabiqəsinin mükafatını qazandığını bildirmişdir. O demişdir ki, dünyanın bir sıra nüfuzlu universiteti ilə əməkdaşlıq edən Bakı Slavyan Universiteti Hollandiya ilə də əlaqələr yaratmaq niyyətindədir. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Amsterdam Universiteti ilə Bakı Slavyan Universiteti arasında əlaqələrin qurulmasında yardımçı olacaqdır.
Gülşən Lətifxanın “Azər və Aidə” romanı Diaspor ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunmuşdur. Romanı ruscadan Azərbaycan dilinə yazıçı Məmməd Oruc tərcümə etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]