Hacıqabulda yük avtomobili piyadanı vuraraq öldürüb
Hacıqabul, 16 mart, Surxay Şahbazov, AZƏRTAC
Hacıqabulda yük avtomobili piyadanı vurub. Hadisə Bakı-Qazax magistralının rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə vətəndaşının idarə etdiyi beynəlxalq yükdaşımaları həyata keçirən (TIR) yük avtomobili yolu keçən piyadanı vurub.
Piyada hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib, şəxsiyyətinin kimliyi hələ dəqiqləşdirilməyib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:34]
Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub
- 14.10.2026 [15:32]
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Türkiyədədir
- 14.10.2026 [11:45]