Hava əsasən yağmursuz keçəcəkdir
Bakı, 10 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman və çiskin olacağı ehtimalı vardır.
Şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-12, gündüz 17-19 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli, az yağış yağacağı ehtimalı vardır. Şərq küləyinin əsəcəyi gündüz qərb küləyi ilə əvəz olunacağı arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 17-20, dağlarda gecə 4-8, gündüz 13-15 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]