Həftənin üçüncü günü ölkə ərazisində hava yağmursuz keçəcək, duman olacaq
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə az yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, dekabrın 18-də isə hava dəyişkən buludlu olacaq, arabir tutulacaq,
əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Temperatur gecə 4-6° isti, gündüz 8-13° isti təşkil edəcək.
Həftənin üçüncü günü bölgələrdə əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək.
Cənub zonasında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Lakin dekabrın 17-də az yağış yağacağı ehtimalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]