Həftəsonu ölkə ərazisində yağıntılı hava şəraiti hökm sürəcək
Bakı, 8 aprel, AZƏRTAC
Ölkə ərazisində aprelin 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 6-9° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.