HƏMVƏTƏNİMİZ RUSİYA ORDENİ İLƏ TƏLTİF EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvadakı Azərbaycan etnomədəni komponentli 157 nömrəli məktəbin direktoru, Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının üzvü Aidə Quliyeva Rusiyanın yüksək mükafatlarından birinə layiq görülmüşdür. O, Rusiya Federasiyasında təhsil sahəsində səmərəli fəaliyyətinə və qazandığı nailiyyətlərə görə ikinci dərəcəli “Millətin şərəfi” ordeni (gümüş medal) ilə təltif olunmuşdur.
Həmin məktəb Rusiya paytaxtında Azərbaycan dilində dərs keçilən yeganə təhsil ocağıdır və uzun illər direktoru olan A.Quliyevanın şəxsi səyləri sayəsində yaradılmışdır. Aidə xanım gözəl pedaqoji fəaliyyəti ilə həm müəllimlər, həm də şagirdlər, habelə Moskvanın ali təhsil müəssisələri arasında böyük nüfuz qazanmışdır.
Onun dilimizin və milli ənənələrimizin saxlanılmasına yönəldilmiş vətənpərvərlik fəaliyyəti Azərbaycan və Rusiya xalqları arasında dostluğun, mədəni əlaqələrin möhkəmlənməsinə və inkişafına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]