HEYDƏR ƏLİYEV SİYASİ MƏKTƏBİNDƏ NÖVBƏTİ MƏŞĞƏLƏ KEÇİRİLMİŞDİR
İki gün ərzində rayonun 74 təşkilatında aparılan məşğələlərdə xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan, eləcə də bütün türk dünyası qarşısında misilsiz xidmətləri, müstəqil dövlət quruculuğu yolundakı fədakarlığı tarixi faktlarla açıqlanmışdır.
Məşğələlərdə ümummilli liderimiz Heydər Əliyevin Kürdəmirdəki tarixi görüşləri bir daha yada salınmış, rayonda iqtisadiyyatın, maarifin, səhiyyənin inkişafı üçün müdrik göstərişlərindən bəhs edilmişdir.