İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib – FƏRMAN
Bakı, 10 fevral, AZƏRTAC
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 milyard 941 milyon 690 min manat məbləğində təsdiq edilib.
Həmin xərclərin maliyyələşmə mənbələri icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 milyard 571 milyon 690 min manat, icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 milyon manatdır.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:18]
Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub
- 01.10.2026 [15:06]