Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İcma: Prezidentin tarixi çıxışı qayıdışımızın carçısıdır

İcma: Prezidentin tarixi çıxışı qayıdışımızın carçısıdır

Bakı, 30 sentyabr, AZƏRTAC

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: "Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışını edib və mərasimdə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış edib.

Qeyd edək ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaradıb və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib.

1918-ci ildə Ermənistan daşnak hökuməti tərəfindən bütün Göyçə əhalisinin qovulması və onların 1921-ci ilə qədər qaçqın olaraq yaşamaq məcburiyyətində qalmalarına və sonralar Ermənistan SSR hökumətinin güclü təzyiqlərinə rəğmən, Göyçə aşıq məktəbi sovet dövründə inkişaf edirdi. Bu işlərdə Ümummilli Lider Heydər Əliyevin əvəzedilməz xidmətləri olub. Məhz onun şəxsi səyləri ilə Aşıq Ələsgərin 150 illik yubileyi SSRİ-də dövlət səviyyəsində keçirilib və aşığın doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılıb. Təəssüf ki, Ermənistan hökuməti oradakı əksər Azərbaycan mədəni irs nümunələri kimi, bu abidəni də dağıdıb.

Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdikləri, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görüb.

Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir. Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.

Prezident İlham Əliyevin Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.

Dövlətimizin başçısının Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, orada Böyük Qayıdış proqramının həyata keçirilməsi bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.

Biz Qərbi Azərbaycan İcması olaraq Prezident İlham Əliyevin ədalətin bərpasına, xalqımızın birliyinə və əyilməz ruhuna yönəlmiş çağırışlarını tam dəstəkləyirik. Doğma torpaqlarımıza sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışımızın təmin edilməsi üçün dövlətimizin atacağı bütün addımlarda bundan sonra fəal şəkildə iştirak edəcəyik.

Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır. Biz ruhdan düşmürük, necə ki, 1921-ci ildə qayıtdıq, yenə də qayıdacağıq.

Aşıq Ələsgərin irsinə və bütövlükdə Azərbaycan aşıq sənətinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bir daha dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, milli birlik və iradəmiz ilə tarixin ədalətsiz səhifələrini çevirərək doğma yurdlarımıza qayıdacağıq.

Prezidentin çıxışını yekunlaşdırdığı sözlər bizim qayıdışımızın carçısı olan tarixi ifadələrdir: "Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Azərbaycanın minifutbol millisi Hindistanı darmadağın edib

Cozef Bayden “Milton” qasırğasına görə xarici səfərlərini təxirə salıb

Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil

Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik VİDEO

Azərbaycanlı gənclər ATƏT-in tədbirində erməni iddialarını ifşa ediblər

Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var

UNESCO: Azərbaycanın COP29-a sədrliyi çərçivəsində C4C adlı təşəbbüsünə həsr edilmiş konfrans olub

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur VİDEO

Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub

Ersin Tatar “TEKNOFEST-2025” festivalının ŞKTC-də keçirilməsi qərarını alqışlayıb

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər təhlil olunub

İyun-sentyabr aylarında Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

“Azərişıq” Tovuzda sahibkarlarla görüşüb

X Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma və bağlanış mərasimi keçirilib

Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4

BDU-da buğda genotiplərinə dair araşdırma aparılır

Biləsuvarda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir VİDEO

X Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi AZƏRTAC-a iki sertifikat təqdim edib

ABŞ mediasında “Azərbaycan ədalətli sülh istəyir. Dünya buna icazə verəcəkmi?” adlı məqalə dərc olunub

Antonio Abrö: COP29 dünya ictimaiyyətini səfərbər edəcək qərarların verilməsi baxımından həlledici hadisə olacaq VİDEO

Azərbaycan endemik bitkilərin siyahısına yeni növ əlavə edilib

Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər

Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib

ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir ŞƏRH

Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər

Türkiyənin səhiyyə naziri: Birlikdə hərəkət etdikcə daha güclü olacağıq

İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb

Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb

Rusiya-Gürcüstan danışıqlarının 62-ci raundu noyabrın əvvəlinə planlaşdırılıb

® “Unibank”ın “Əjdaha” lotereyasının yeni qaliblərinə hədiyyələr təqdim olunub

Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

İdxal olunan suxarı məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Azərbaycanın yunan-Roma güləşçisi Qazaxıstanda bürünc medal qazanıb

Aydın Səfixanlı: Azərbaycanlıların Ermənistandan zorla qovulması beynəlxalq konvensiyalara ziddir VİDEO

Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq

BDU-nun Prezident təqaüdçüləri: Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır

Prezident: 200-ə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir

Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib

® “AccessBank”dan yüksək gəlirli 12 faizlik əmanət fürsəti!

Berlində Xalq rəssamı Əşrəf Heybətin “Türk dünyası” adlı sərgisi açılıb

“Üç sehrli inci” kitabının və eyniadlı tamaşanın təqdimatı olub

Səbail rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Sürəyya Ufak: Dahi şəxsiyyətlər barədə məlumatlar uşaqların anlayacağı səviyyədə təqdim olunur

Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblərin pozulduğu müəyyən edilib

Azərbaycan millisi Estoniya və Slovakiya ilə oyunların hazırlığına başlayıb

Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədri olacaq

Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib

DİM: 5 dövlət orqanında 8 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

ABŞ-da beynəlxalq simpoziumda Azərbaycanın dini tolerantlıq və dialoq mühitindən danışılıb

İspaniya klubu baş məşqçisini istefaya göndərib

® “Misli”dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalanıb

İngiltərə klubunun futbolçusu kuryoz zədə alıb

Şirvan Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib

Qax Damazlıq İpəkçilik Stansiyası: Növbəti mövsüm üçün 1000 qutu ipəkqurdu toxumu hazırlanacaq

Londonda “COP29: İqlim dəyişmələri, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib

TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında Birgə Bəyannamə qəbul edilib VİDEO

Şəki Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin olunub

Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib

Paralimpiya Oyunlarında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşüb

“Məktəblər üçün PISA” tədqiqatı təşkil olunacaq

“Elçin və kino” kitabının təqdimatı olub

Gəncə Apellyasiya Məhkəməsinin yeni hakimləri bəlli olub

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ali Məhkəmənin hakimləri təyin edilib – QƏRAR

MMC direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

“Milan”ın futbolçusu iki oyunluq diskvalifikasiya edilib

Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib

Sentyabr ayı ərzində Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb VİDEO

Bakı Beynəlxalq Kitab Sərgisində “Zəfər sədası” kitabı təqdim edilib

Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Şuşaya həsr olunan sərgilərin təqdimatı keçirilib

Beynəlxalq sərgidə UNEC dosentinin kitabı təqdim edilib

Astanada keçirilən beynəlxalq tədbirdə Azərbaycanın tolerantlıq modeli təqdim olunur

COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib

“ASAN xidmət”in təcrübəsi Rumıniyada tətbiq olunacaq

Bu il istehlakçılara 130,6 milyon manat ƏDV qaytarılıb

“Türktransplant” sisteminin yaradılmasında məqsəd TDT ölkələri vətəndaşlarının müəyyən tibbi xidmətlərə əlçatanlığının artırılmasıdır VİDEO

Məktəblilərin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib

Təhsilin İnkişafı Forumu keçirilib YENİLƏNİB VİDEO

RF Prezidentinin köməkçisi: Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmur

® “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə yeni üzv təyin olunub

Sosial sığorta haqları üzrə daxilolmalar 10 faizdən çox artıb

Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib

Hidayət Türkoğlu yenidən Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib

Rusiya Prezidenti Bakıda keçiriləcək COP29-a gələ bilər

Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib  YENİLƏNİB VİDEO