İdman gimnastikası üzrə dünya kuboku yarışlarının final mərhələsinə start verilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində kişi gimnastlar sərbəst hərəkətlərdə, paralel qollarda və halqalarla çıxışlarda məharətlərini göstərəcəklər.
Qadın gimnastlar isə dayaqla hərəkətlərdə və müxtəlif hündürlüklü qollarda tullanma yarışlarında mübarizə aparacaqlar.
Dayaqla tullanma yarışında təsnifat mərhələsini uğurla adlayan təmsilçilərimizdən Marina Nekrasova və Yuliya İnşina finalda medal qazanmağa çalışacaqlar. Müxtəlif hündürlüklü qollarda isə Mariya Smirnova və Marina Nekrasova medal qazanmaq üçün yarışacaqlar.