İlin ötən dövrü ərzində qanunsuz ovla bağlı 7 fakt aşkarlanıb
Bakı, 13 yanvar, AZƏRTAC
Qanunsuz ov halları olsa da, reydlər nəticəsində bu kimi halların azaldığını müşahidə edirik. 2023-cü ilin ötən dövrü ərzində qanunsuz ərazilərdə ovla bağlı 4 fakt aşkarlanıb və qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ilin ötən dövrü ərzində qanunsuz balıq ovu ilə bağlı isə üç fakt qeydə alınıb. Əsasən sintetik torlarla balıqtutma faktı aşkarlanıb. Belə hallar Sumqayıt və Siyəzəndə müşahidə olunub: “Onlar barəsində də cərimə tətbiq olunub. Ötən ilin sonlarından etibarən su hövzələrindən 5 min metrə qədər sintetik tor müsadirə olunub. Geridə qoyduğumuz ildə belə faktların ən çox rast gəlindiyi ərazilər Siyəzən, Neftçala, Kür çayının sahilləridir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]