İmişli rayonunda 50 yulğun kolunun kəsilməsi faktı ilə bağlı akt tərtib olunub
Bakı, 22 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən reyd zamanı İmişli rayonunun Əliyetməzli kəndi ərazisində Kür çayının mühafizə zonasında yaşköküstə 50 ədəd yulğun kolunun kəsildiyi aşkar edilib.
Araşdırma zamanı yulğun kollarının İmişli rayonu Əliyetməzli kəndi sakini Soltan Baxşəliyev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]