İmişlidə 112 yaşlı Cahan nənə seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib
İmişli, 1 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
81 saylı İmişli seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər Milli Məclisə növbədənkənar keçirilən seçkilərdə məntəqəyə gələrək səsvermədə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1912-ci il təvəllüdlü Məmmədova Cahan Həsən qızı rayonun Qaraqaşlı kənd sakinidir. 112 yaşlı seçici qeydiyyatda olduğu ərazi üzrə 29 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.