Azərbaycan Dövlət İnformasiya Agentliyi

İNSAN TƏKCƏ YEMƏK ÜÇÜN YAŞAMIR...

“Günay” qəzetinin 20 sentyabr tarixli nömrəsində yapıçı-publisist Elmira Axundovanın “İnsan təkcə yemək üçün yaşamır” sərlövhəli məqaləsi dərc olunmuşdur. AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

İNSAN TƏKCƏ YEMƏK ÜÇÜN YAŞAMIR...

Son illərdə Bakıda yaxşılığa doğru mühüm dəyişikliklər baş vermişdir: respublika paytaxtı daha təmiz, yollarımızın vəziyyəti daha yaxşı olmuş, bağçaların və fəvvarələrin sayı artmışdır. Heç şübhəsiz, bütün bu işlərin görülməsində şəhərin indiki merinin çox böyük xidmətləri var. Təkcə vağzalyanı meydanda görülmüş işlər nəyə desəniz dəyər!

Hacıbala Abutalıbovun ən qızğın tərəfdarları da əvvəlcə şübhə edirdilər ki, o, vağzalın ətrafındakı ərazidə yaradılmış üfunətli “tolkuçka”nın öhdəsindən gələ biləcəkdir. İndi isə Səməd Vurğun bağı yenə özünün həqiqi təyinatını doğrultmuş və bakılıların sevimli istirahət yerlərindən birinə çevrilmişdir.

Sevimli şəhərimizi yorulmadan abadlaşdırmaqda davam edən merin gördüyü xeyirxah işlər çoxdur. Əlbəttə, bütün bunlara görə ona “çox sağ ol!” deməliyik, lakin mənim fikrimcə, meriyanın əməkdaşları şəhərdə abadlaşdırma və təmizlik işləri görərkən bəzən həddən artıq canfəşanlıq edirlər. Nəticədə, Bakının bənzərsiz koloritinin, onun aurasının bir hissəsi itirilmiş, müvafiq ərazilərdə rahatlıq və demokratiklik sanki azalmışdır. Götürək elə qəzet köşkləri məsələsini. Əvvəllər hər bir tində bu cür köşklər vardı və hər bir insan elə ev ayaqqabısında küçənin o tayına keçib hələ uşaqlıq dövründən tanıdığı köşkçüdən təzə qəzetlər ala bilərdi. İndi isə şəhərdə qəzet köşkü tapmaq üçün nəinki ev ayaqqabısı, hətta çəkmələr də sıradan çıxar...

Bu yaxınlarda Zuğulbadakı bağ evimə gedirdim. Birdən yadıma düşdü ki, qəzet almağı unutmuşam. Sürücüdən xahiş etdim ki, maşının sürətini azaltsın, görək harada qəzet köşkünə rast gələrik... Biz bütün Moskva prospekti boyu, sonra Əzizbəyov dairəsinin ətrafındakı sahədə köşk axtara-axtara gəlib Zuğulbaya çatdıq, amma bircə dənə də köşkə rast gəlmədik.

Onu da deyim ki, həmin Əzizbəyov dairəsində nə desəniz vardı: marketlər və meyvə-tərəvəz dükanları, kababxanalar və çörək mağazaları, kafelər, restoranlar - bir sözlə, qəzet və jurnal satışından başqa nə istəsəniz. Beləcə, həmin gün mən özüm də, şəhərdən gələndə “Günay”, “Exo” və “Bakinski raboçi” qəzetlərini gətirməyimi xahiş edən bağ qonşularım da qəzetsiz qaldı. Fikir verin, mən radikal müxalifətçi qəzetləri yox, abırlı, Hacıbala Abutalıbovun öz məqalələrini də məmnuniyyətlə dərc etdirdiyi nəşrlərin adını çəkirəm.

Möhtərəm merə bildirmək istəyirəm ki, bu gün Bakıda çap məhsullarının pərakəndə satışı ilə məşğul olan obyektlərdə, məsələn, hökumət mətbuatını tapmaqdan, “Yeni Müsavat” qəbilindən olan qəzetcikləri və “Monitor” tipli jurnalları tapmaq qat-qat asandır, çünki küçə alverçiləri müxalifət KİV-lərini əldə satır, “Bakinski raboçi” və digər hökumət qəzetləri isə onların assortimentinə daxil deyil.

Köhnə bakılıları, kitab həvəskarlarını kədərləndirmiş daha bir faktı qeyd etmək istərdim: Fəvvarələr meydanına tərəf enişdə bukinist kitabları satışı ləğv edilmişdir. İndi orada kitab satanların yerini qoz-fındıq, tum, dondurma, bulka və digər yeyinti şeyləri satan adamlar tutmuşlar. Beləliklə, Fəvvarələr meydanında təmizlik artmayıb, amma əvəzində şəhərimiz üçün çox əhəmiyyətli olan bir element yoxa çıxıb. Əvvəllər bizim şəhərdə olmuş, yaxud burada yaşamış, indi buraya qonaq kimi gələn neçə-neçə adamdan bu barədə iradlar eşitmişəm: bukinistləri qovmaq olardımı? Hətta Parisin lap mərkəzində, Sena çayının sahili boyunca Paris bukinistləri öz mallarını gözünün qabağında nümayiş etdirirlər. Mən dəfələrlə Fransa paytaxtında olmuşam və Paris sakinlərinin əksəriyyətinin bu cür kitab satışını xoşlamalarının şahidi olmuşam. Axı, bizim Fəvvarələr meydanı Bakının bir növ vizit vərəqidir. Bəs, necə olur ki, həmin vizit vərəqində tum satanlara yer tapılır, amma mənəvi qida olan kitablara tapılmır?!

Deyirlər ki, Bakı ötən əsrin 60-70-ci illərindəki görkəmini get-gedə daha çox xatırlatmağa başlayıb. Əlbəttə, bu pis deyil, çünki həmin dövrdə Azərbaycan paytaxtı haqlı olaraq SSRİ ərazisində ən əmin-aman və ən çox tərəqqi etməkdə olan şəhərlərdən biri sayılırdı. Yeri gəlmişkən, o vaxt qəzet köşklərinin də sayı kifayət qədər idi. Üstəlik, hər səhər qəzetlərin təzə nömrələri xüsusi stendlərə yapışdırılırdı. Bakılılar, demək olar ki, həmişə bu stendlərin yanında dayanıb, qəzet oxuyur, hətta bəzi adamlar əlinə qələm, yaxud karandaş götürüb elə oradaca krossvordları həll edirdilər. Yadımdadır, “Literaturnaya qazeta”da mənim “XTPD-nin qiyamı” (“Vosstaniye OPON”) adlı məqaləm dərc ediləndə şəhərdəki bütün qəzet stendlərində bu məqalənin rus və Azərbaycan dilində mətnləri yapışdırılmışdı. Bir neçə gün adamlar həmin stendlərin yanında toplaşıb o məqaləni oxuyurdular. Bu epizodu xatırlayanda mən qürrələnirəm. Bu gün isə stendlər də götürülüb və nəticədə, qəzetlərə abunə yazılmaq və ya onları köşkdən almaq imkanı olmayan çoxsaylı Bakı sakinləri respublikanın dövri mətbuatı ilə tanışlıq üçün son imkandan da məhrum olublar.

Mən hələ onu demirəm ki, qəzetlərin pərakəndə satışının tənzimlənməməsi həmin nəşrlərin redaksiyalarına çox böyük maddi ziyan vurur. Qəzet satışının pis təşkil edilməsi üzündən öz tirajlarını sata bilməyən qəzetlərin nəşriyyatlara külli məbləğdə borcu ölkə Prezidentinin sərəncamına əsasən silinir, nəticədə dövlət “uduzur”. Bundan əlavə, axı, hər bir qəzet köşkü - iş yeri deməkdir, orada işləyən adam öz ailəsini dolandırır. Nəhayət, bu cür köşklər olsa, dövri nəşrlər daha çox satılar, dövlət xəzinəsinə daha çox vergi daxil olar. Belə isə, biz nəyə görə özümüz özümüzdən oğurlayırıq?

Mənə elə gəlir ki, paytaxt meriyası və möhtərəm Hacıbala müəllim bu məqalədə qaldırılan məsələlərin həlli üzərində düşünsələr, yaxşı olar. Qəzet köşklərinin çoxunu bərpa etmək, şəhərin küçələrində qəzet stendləri vasitəsilə kollektiv qiraət kimi yaxşı bir ənənəni dirçəltmək, yerli bukinistlərin hüquqlarını onlara qaytarmaq lazımdır. Vallah, buna görə Bakı ziyalılarının çoxu merə “sağ ol” deyər.

Əlbəttə, bu gün biz yeni dövrdə, bazar münasibətləri dövründə yaşayırıq və bugünkü Bakı zəmanənin tələblərinə daha müvafiqdir. Amma hər halda istərdim ki, paytaxtımız təkcə ticarət yarmarkaları, dəbdə olan supermarketlər və təmtəraqlı şadlıq evləri mərkəzi olmaqla kifayətlənməyib, həm də yüksək mənəviyyat və həqiqi ziyalılıq şəhəri kimi qalsın. Yeri gəlmişkən, sovet dövründə, mənim gənclik dövrümdə bu keyfiyyətlər Bakının fərqləndirici əlamətləri idi...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir