İpək Yolunda turizmin inkişaf etdirilməsi məsələləri müzakirə olunub
İstanbul, 27 yanvar, АZƏRTAC
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov ilə BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Taleb Rifai arasında görüş olub.
TDƏŞ-in mərkəzi aparatında keçirilən görüşdə iki təşkilat arasında 2015-ci ildən mövcud Əməkdaşlıq Protokolu əsasında tarixi İpək Yolunda turizmin inkişaf etdirilməsinə dair məsələlər, həmçinin BMT Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli” çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər TDƏŞ ilə DTT arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin perspektivlərini yüksək qiymətləndiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul