COP29
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin rəsmisi: Dünya 1,5 dərəcə planına hələ yaxın deyil
Bakı, 4 oktyabr, AZƏRTAC
“Hazırda bütün dünyada iqlim dəyişikliyi ilə bağlı təsəvvürlər kifayət qədər dəyişib. Hər kəs iqlim probleminin insan fəaliyyətinə olduqca təsir etdiyini anlayır”.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda Bakı İqlim Elmi Konfransında İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel katibinin müavini Ermira Fida deyib.
O vurğulayıb ki, iqlim sahəsində yeni bilikləri tətbiq edərək daha ciddi tədbirlər görülə bilər: “Hazırda istiləşmə temperaturu artmaqda davam edir. Təəssüf ki, dünya 1,5 dərəcə planına hələ də yaxın deyil. Bunun üçün bütün sektorlarda emissiyalar azaldılmalı, daha çevik iqlim siyasəti tətbiq edilməldir. Ancaq bu üsulla davamlı gələcəyə nail ola bilərik”.