İraqın təhlükəsizlik xidməti ölkənin şimal-şərqində İŞİD komandirini saxlayıb
Bakı, 26 sentyabr, AZƏRTAC
İraqın təhlükəsizlik xidməti Kərkük vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirini saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İraq departamenti “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Diqqətli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə xidmətinin əməkdaşları kürd birləşməsinin əməliyyat şöbəsi ilə birlikdə terror qruplaşmasının komandiri Əbu Baharini Kərkük vilayətində saxlayıblar”, - deyə məlumatda bildirilir.
Departamentin məlumatına görə, Bahari İŞİD qruplaşmasının “xarici” adlandırılan batalyonuna rəhbərlik edib.
Məlumatda, həmçinin qeyd olunub ki, əməliyyat ölkənin Baş naziri, eyni zamanda, İraq Silahlı Qüvvələrinin baş komandanı olan Məhəmməd əl-Sudaninin göstərişi ilə həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]