İSVEÇRƏDƏ İKİNCİ AZƏRBAYCAN MƏKTƏBİ AÇILMIŞDIR
Diaspor ilə İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, İsveçrənin Sürix şəhərində Azərbaycan məktəbinin açılışı olmuşdur.
Açılışda iştirak edən azərbaycanlılar məktəblə tanış olub, təhsil ocağının gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparmışlar.
Məktəbin açılışında İsveçrənin əlaqədar qurumlarının və Diaspor ilə İş üzrə Dövlət Komitəsinin təbrik məktubları oxunmuşdur.
Dövlət Komitəsinin göndərdiyi dərs vəsaitləri və məktəb ləvazimatları şagirdlərə paylanmışdır.
Yerli şərtlərə əsasən, əgər məktəb 1 il ərzində öz imkanları hesabına fəaliyyət göstərə bilsə, İsveçrə dövləti hər il məktəbə 20 min frank, təxminən 16 min ABŞ dolları məbləğində vəsait ayıracaqdır.
Bu, İsveçrədə açılan ikinci Azərbaycan həftəsonu məktəbidir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]