Ken Matsuzava:Bakı Beynəlxalq Humanitar Forumu yüksək qiymətə layiqdir
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Yaponiyanın Beynəlxalq Dostluq Mübadilə Şurasının (The International Friendship Exchange Council) prezidenti Ken Matsuzava AZƏRTAC-a müsahibəsində deyib.
Aktual məsələlərin müzakirəsi baxımından Forumu yüksək qiymətləndirən qonaq bu möhtəşəm tədbirin onun bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Qeyd etdi ki, diqqətini çəkən maraqlı məqamlardan biri müzakirələrlə yanaşı, müvafiq problemlərin həlli ilə bağlı çıxış yollarının da göstərilməsidir.
Azərbaycan xalqına böyük hörmətini ifadə edən Ken Matsuzava Bakıda olmağından məmnunluğunu bildirdi.