KƏNDDƏ DƏYİRMAN TİKİLİR
Kürdəmir rayonunun Sığırlı kəndində gündəlik istehsal gücü 16 ton olacaq yeni dəyirman tikilir. İstehsal obyektini yerli iş adamı Əhməd Əhmədov inşa etdirir. Sahibkar AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, lazımi avadanlıq artıq alınmışdır. Təmizləyici, yuyucu və üyüdücü aparatlar Türkiyə-Almaniya müştərək müəssisəsinin istehsalıdır. Yüksək texnoloji üstünlüklərə malik avadanlıq əla, birinci və ikinci növ un istehsal etməyə imkan verəcəkdir. Dəyirmanda heyvandarlıq və quşçuluq təsərrüfatları üçün yem istehsalı sexi də quraşdırılacaqdır.
12 nəfərin çalışacağı obyektin avqust ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:57]
Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib
- 01.10.2026 [14:36]
Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib
- 01.10.2026 [13:53]