Kilian Mbappe Kerim Benzemanın rekordunu qırıb
Bakı, 8 oktyabr, AZƏRTAC
UEFA Millətlər Liqasının Fransa millisinin Belçikanı məğlub etdiyi (3: 2) yarımfinal matçı Kilian Mbappe üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, milli komandanın heyətində 50-ci oyununu keçirən hücumçu bu nəticə ilə rekorda imza atıb. Belə ki, Mbappe (22 yaş 291 gün) Fransa milli komandasında belə bir göstəriciyə çatan ən gənc oyunçu olub. Bununla da o, hücumçu Kərim Benzemanın (24 il 240 gün) rekordunu qırıb.
Qeyd edək ki, Mbappe 2017-ci ildən Fransa millisində oynayır.
Xatırladaq ki, turnirin finalında Fransa komandası İspaniya ilə oynayacaq. Belçikalılar isə üçüncü yer uğrunda görüşdə İtaliya komandası ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]