KİOKUŞİNKAY KONTAKT KARATE ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONLARI MƏLUM OLMUŞDUR
Bakı, 28 aprel (AZƏRTAC). Maştağa Olimpiya İdman Kompleksində kiokuşinkay kontakt karate üzrə 16-cı Azərbaycan çempionatı başa çatmışdır. Yarışlarda Azərbaycanın 14 şəhər və rayonunu təmsil edən 148 idmançı iştirak edirdi.
Uşaqların turnirində Fuad Əlihüseynov (25 kq), Elgiz Şahbazlı (30 kq) və Cəmaləddin Vəlizadə (35 kq) qızıl medallar qazanmışlar.
Yeniyetmələr və gənclər arasında Kaim Mustafayev (40 kq), Afiyəddin Dadaşov (45 kq), Telman Əkbərli (50 kq), Emin İsmayılov (55 kq), Abuzər Cəbiyev (60 kq) və Ceyhun Əhmədov (60 kq-dan çox) fərqlənmişlər.
Kişilərin yarışında Surac Dadaşov (60 kq), Samir Bayramov (70 kq), Xəyyam Həsənov (70 kq və mütləq çəki dərəcəsi) ölkə çempionları olmuşlar.
Qadınların turnirində isə Adilə Əliyeva (mütləq çəki dərəcəsi) bütün rəqiblərini məğlub edərək ölkə çempionu adına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]