Kitabxanaçılara turizmdə elektron resursların rolu ilə bağlı təlim keçirilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mərkəzləşdirilmiş kitabxana sistemlərinin kitabxanaçıları üçün təlim təşkil olunmuşdur.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, təlimi ATİ-nin kitabxana-informasiya mərkəzinin müdiri Gülşən Mehdiyeva aparmışdır.
“Turizmdə elektron resursların rolu və onların kitabxana xidmətində istifadəsi” mövzusunda keçirilmiş təlimdə iştirakçılara ATİ-də təhsilin təşkili, ikili diplom, beynəlxalq müqavilələr barədə ətraflı məlumat verilmişdir. Kitabxanaçılara turizm sahəsinə aid olan elektron resurslar təqdim olunmuş, elektron resurslardan düzgün istifadə, məlumatın kitabxanaların elektron bazasına yerləşdirilməsi metodları öyrədilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]