KİV-LƏR ARASINDA MİNİ-FUTBOL TURNİRİNİN STARTI VERİLMİŞDİR
Yarışdan əvvəl iştirakçılar - turnirin təşkilatçıları, Milli Məclisin deputatları Fəxri xiyabana gələrək, dahi rəhbər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar.
“Şərq qəzeti”nin, “Muğan Bank”, “CİC” və “Bakcell”in təşkilatçılığı ilə keçirilən açılış mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, AFFA-nın prezidenti Ramiz Mirzəyev, YAP-ın icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və başqaları son illər ölkəmizdəki yüksək inkişafın idmandan da yan ötmədiyini bildirərək, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda futbolun geniş vüsət almasından, eyni zamanda, belə turnirlərin keçirilməsinin bu idman növünün təbliğində əhəmiyyətindən danışmışlar.
Vurğulanmışdır ki, artıq üçüncü dəfədir keçirilən bu turnir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramın təzahürüdür.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra, yarışa start verilmişdir. İlk oyunda “Şərq” və “525-ci qəzet”lərin birləşmiş komandası və “Space” telekanalının kollektivi qarşılaşmışlar. Ümumiyyətlə, 4 qrupda keçirilən turnirdə 12 komanda mübarizə aparır. Qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. Yarışa ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]