KOMETA YER KÜRƏSİNƏ YAXINLAŞIR
Bakı, 8 iyun (AZƏRTAC). NASA-nın saytında verilən xəbərə görə, Avstraliyalı Robert Maknotun 2006-cı ildə aşkar etdiyi kometa Yer kürəsinə yaxınlaşır və şimal yarımkürəsinin sakinləri onu iyunun ortalarında gözlə görə biləcəklər.
Hazırda həmin kometa sübhçağı səmanın şimal-şərqində Persey bürcündə binoklla görmək mümkündür. Komet iyunun 15-də Yer kürəsinə yaxın məsafədə olacaq və iri ulduz şəklində görünəcəkdir.
İndi müşahidə olunan kometin başı, yəni nüvəsi ətrafındakı gözəl yaşıl rəngə çalan qaz topası ölçüsünə görə Yupiterin diametrini ötür, quyruğunun uzunluğu isə milyon kilometrdən çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [17:18]
Danimarkanın sabiq Kraliçası ürək əməliyyatı keçirib
- 15.05.2026 [16:48]