Kür və Araz çaylarında suyun səviyyəsi artmışdır
Bakı, 28 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 90-135, Böyük Qafqazda 90-175, Kiçik Qafqazda 110-130, Naxçıvan MR çaylarında isə 95-100 faizini təşkil edir.
Araşdırmaya görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 148 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 121 kubmetrdir.
Bundan başqa, son 6 gündə Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 32, Şirvanda 23, Salyanda 19, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə 66 santimetr qalxmışdır.
Bütün məntəqələrdə suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]