Kür və Araz transsərhəd çaylarında aparılmış monitorinqin nəticələri açıqlanıb
Bakı, 5 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayının üçüncü ongünlüyü üçün apardığı monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.2, Ağstafaçayda 3.8, Ağstafaçay su anbarında isə 3.3 dəfə yol verilən qatılıq həddini keçib.
Fenolların Araz çayı üzrə Horadizdə 2.9, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 2.7 dəfə normanı keçdiyi qeydə alınıb.
Müəyyən edilib ki, mis birləşmələri bütün məntəqələrdə norma daxilində tərəddüd edib, suyun oksigen rejimi isə 5.95-6.08 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]