Kürqırağı Tuqay meşələrinin müasir vəziyyəti öyrənilir
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Kürqırağı Tuqay meşələrinin müasir vəziyyəti və bərpası yolları” mövzusunda tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə Bərdə-Ağcabədi bölgəsinin Tuqay meşələrinin müasir vəziyyəti tədqiq olunub. Rayonlarda aparılan çoxillik müşahidələrə görə, Tuqay meşələrində antropogen təsirlə bağlı bəzi ağac cinsləri, o cümlədən ağyarpaq qovaq, sonradan salınmış ağ akasiya, yaşıl göyrüş sıradan çıxır və əksinə, Eldar şamı və nar əkinləri yaxşı nəticə verir. Antropogen təsirin nəticəsi olaraq çəmən-meşə torpaqları tədricən boz-çəmən, bataqlıq-çəmən torpaqlara transfer olur. Tuqay meşələrində suya çox tələbkar bəzi ağac cinsləri quruyur və bu, torpaqda rütubətin əvvəlki illərə nisbətən azalması ilə əlaqədardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:02]
Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub
- 28.09.2026 [15:31]
Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu
- 28.09.2026 [15:02]
Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar
- 28.09.2026 [14:35]
Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu
- 28.09.2026 [14:21]
“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr
- 28.09.2026 [14:17]
Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi
- 28.09.2026 [14:03]
“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya
- 28.09.2026 [12:29]