Latviya Seyminin deputatı: seçkilərdə heç bir qanun pozuntusuna rast gəlmədik VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Seçkilərin keçirildiyi 10 məntəqədə olduq və heç bir qanun pozuntusuna rast gəlmədik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Latviya Seyminin deputatı Roamans Naudins keçirdiyi mətbuat konfransında səsləndirib. Azərbaycanda prezident seçkilərini izləyən beynəlxalq müşahidəçi qeyd edib ki, rastlaşdıqları diqqətçəkən məqamlardan biri hərəkət imkanı məhdud insanlara səsvermədə iştirak etmələri üçün yaradılmış şərait olub.
Latviyalı deputat, həmçinin bildirib ki, bəzi evlərə səyyar seçki qutularının göndərildiyinin şahidi olub. Sükut gününədək bütün məntəqələrdə təbliğat banerləri asılıb və insanlar bütün namizədlərlə tanış ola biliblər. Beynəlxalq müşahidəçilər bunu təqdirəlayiq hal kimi dəyərləndirib.