Lindakivi Mədəniyyət Mərkəzində Novruz bayramı geniş qeyd olunmuşdur
Tallinn, 21 mart (AZƏRTAC). Estoniya-Azərbaycan İcması martın 20-də Tallinndəki Lindakivi Mədəniyyət Mərkəzində Novruz bayramını geniş qeyd etmişdir.
Bayram tədbirində Azərbaycan Respublikası səfirliyinin əməkdaşları, Türkiyənin Estoniyadakı səfiri Ayşənur Arpaslan, Estoniya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak etmişlər.
“Qratsiya” rəqs qrupunun ifa etdiyi “Yallı” və “Nəlbəki” rəqsləri tədbiri iştirakçılarına xoş ovqat bəxş etmişdir.
Sonra qonaqlara Novruzun yaranma tarixi barədə məlumat verilmiş, gənclərin ifasında kiçik tamaşa təqdim olunmuşdur.
Bayram Azərbaycan mahnıları və rəqsləri ilə davam etdirilmiş, Novruz bayramının bəzəyi olan səməni və Azərbaycan şirniyyatları süfrələri bəzəmişdi.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]