LONDONDAKI AZƏRBAYCANLI GƏNCLƏR KLUBU FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubu qısa vaxt ərzində bir sıra uğurlu tədbirlər keçirmişdir. Britaniyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirməyi, Azərbaycanı Avropada layiqincə təmsil etməyi, milli adət-ənənələrimizin təbliğini, müxtəlif icmalarla münasibətlərin qurulması və genişləndirilməsini qarşısına məqsəd qoyan klub, Böyük Britaniyada ilk Azərbaycan məktəbi olan “Caspian-Khazri”nin açılması, “Araz” Azərbaycan qəzetinin nəşr olunması, London Türk Radiosunda “Salam gətirmişəm” adlı proqramın yayımlanması üçün mühüm işlər görmüşdür.
Klubun fəaliyyətini daha da gücləndirmək üçün idarə heyəti yaradılmışdır. Simuzər Baloğlanovanın (Caspian-Khazri Azərbaycan məktəbinin direktoru), Əmir Əliyevin (Britaniyada azərbaycanlı iş adamı) və Vüsal Həmzəyevin (“Araz” qəzetinin baş redaktoru) daxil olduqları idarə heyəti qurumun üzvlərinin sayını artırmaq və fəaliyyət dairəsini genişləndirmək üçün tədbirlər planı hazırlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]