Lui Akolit: Dayanıqlı şəhər inkişafı həyat şəraitinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır VİDEO
Bakı, 17 may, AZƏRTAC
Mənzil məsələsi qlobal gündəlikdə mühüm yer tutur və yoxsulluğun azaldılmasında əsas rol oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Cənubi Sudanın Torpaq, Mənzil və Şəhərsalma Nazirliyinin rəsmisi Lui Akolit deyib.
O qeyd edib ki, dayanıqlı şəhər inkişafı və mənzil siyasəti insanların həyat şəraitinin yaxşılaşdırılması, eləcə də sosial rifahın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.