Macarıstan əhalisi pula hansı məqsədlə qənaət edir?
Budapeşt, 15 mart, AZƏRTAC
Macarıstan Hökumətinin Sorğu xidmətinin əhalinin müxtəlif təbəqələri arasında apardığı araşdırmaya görə, macarlar bir neçə məqsəd üçün pula qənaət edirlər.
AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, macarların bir çoxu üçün əsas məqsəd evlərin təmiri olsa da, bu il Macarıstan vətəndaşları gəlirlərinin əhəmiyyətli hissəsini məzuniyyətə və səyahətə xərcləyəcək.
Araşdırmaya görə, macarların 63 faizinin artıq maliyyə resursları tələb edən planı var: ideal halda onlar təxminən 1,5 milyon forint (1 avro 390 forintə bərabərdir) xərcləmək istəyirlər, amma reallıqda cəmi 600 min forint sərf edə bilirlər.
Macarlar bu il səyahətə və tətilə ən çox pul xərcləmək niyyətindədirlər, ikinci ən vacib məqsəd evin təmiri, üçüncüsü isə məişət texnikası və ya mebel alınmasıdır.
Ev təsərrüfatlarının dörddəbiri isə bu il səhiyyə xərclərini ödəmək üçün bir qədər pul ayıracaq və onların beşdəbiri borclarının azaldılmasını hədəfləyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]
Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]