MACARISTANDAKI HƏMVƏTƏNLƏR PREZİDENT İLHAM ƏLİYEVİN DÜNYA AZƏRBAYCANLILARINA MÜRACİƏTİNİ RUH YÜKSƏKLİYİ İLƏ QARŞILAMIŞLAR
Səfir görüş iştirakçılarını Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə soydaşlarımıza müraciətinin mətni ilə tanış etmişdir. Səfir demişdir ki, artıq 15 ildir qeyd etdiyimiz bu əziz bayram ümummilli lider Heydər Əliyevin xoş məramı və müdrikliyi sayəsində təqvimə salınmışdır.
H.Həsənov xüsusi vurğulamışdır ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev millətin sıx birləşməsi və həmrəyliyi istiqamətində dövlət siyasətini uğurla həyata keçirir.
Diplomat başa çatan ildə respublikanın qazandığı böyük nailiyyətlərdən danışmış, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafından bəhs etmişdir. H.Həsənov həmvətənlərimizi qarşıdakı bayramlar münasibətilə təbrik etmiş, onlara tarixi Vətənin firavanlığı və tərəqqisi naminə sıx birləşməyi arzulamışdır.
Diasporumuzun üzvləri bildirmişlər ki, Budapeştdə Azərbaycan səfirliyinin açılması macarların ölkəmizə marağını, respublikamızla bir çox sahələrdə münasibətləri yoluna qoymaq arzusunu daha da artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]