MARADONANIN ANALİZLƏRİNDƏ KOKAİN ƏLAMƏTLƏRİ TAPILMIŞDIR
Argentina mətbuatının məlumatına görə, Maradonanın sidiyində kokainin qatılığı o dərəcədədir ki, bu, orqanizm üçün dağıdıcı ola bilər. Analizlər sabiq futbolçunun narkotik maddələri müntəzəm qəbul etdiyini göstərir.
Xatırladaq ki, Maradona aprelin 18-də sevimli “La Boka” komandasının “Çikaqo” klubu ilə görüşünü stadionda izləyərkən özünü pis hiss etmiş və elə oradan birbaşa Buenos-Ayresin klinikalarından birinə aparılmışdır. Burada onu hipertonik böhran diaqnozu ilə reanimasiya şöbəsinə qoymuşlar. 43 yaşlı futbolçu hələ də xəstəxanadadır.
Maradona son bir neçə ildə Kubada yaşamış və narkotik asılılıqdan müalicə kursu keçmişdir. O, üç həftə əvvəl ailəsinə baş çəkmək üçün vətəninə gəlmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]